...

"Neftçi"nin keçmiş futbolçusu vəfat edib

İdman Materials 20 Fevral 2020 14:55 (UTC +04:00)
"Neftçi" klubunun keçmiş futbolçusu Vitali Xluçin dünyasını dəyişib.
"Neftçi"nin keçmiş futbolçusu vəfat edib

Bakı. Trend:

"Neftçi" klubunun keçmiş futbolçusu Vitali Xluçin dünyasını dəyişib.

Trend klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 80 yaşında vəfat edib.

"Neftçi" klubu yayımladığı başsağlığı mesajında V.Xluçinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, V.Xluçin 1959/1960, 1963/1964 və 1966-cı ildə "ağ-qaralar"ın formasını geyinib. O, "Polad" (Sumqayıt), "Araz" (Naxçıvan) klublarında da çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti