...

Ronaldinyo həbs olundu

İdman Materials 7 Mart 2020 13:18 (UTC +04:00)
Braziliyalı sabiq futbolçu Ronaldinyo qardaşı Roberto ilə birlikdə Paraqvayda həbs olunub
Ronaldinyo həbs olundu

Bakı. Trend:

Braziliyalı sabiq futbolçu Ronaldinyo qardaşı Roberto ilə birlikdə Paraqvayda həbs olunub.

Trend-in məlumatına görə, ötən gün Baş Prokurorluq futbolçunun həbsi üçün order verib.

Bu gün Ronaldinyonun məhkəmə qarşısına çıxarılacağı deyilir. Hakim istintaq müddətində futbolçunun həbsdə qalıb-qalmaması barədə qərar verəcək.

Qeyd edək ki, martın 4-də Paraqvayda Ronaldinyo və Robertonun yerləşdikləri hotel nömrəsində keçirilən axtarış zamanı futbolçunun və qardaşının adına saxta pasportlar aşkar edilib.

Bildirilir ki, 2018-ci ildə Ronaldinyo vergilərin ödənilməməsi səbəbindən xarici pasportdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti