...

"AGF Junior Trophy" beynəlxalq turnirinin ilk gününün ən yaxşı anları (FOTO)

İdman Materials 7 Mart 2020 18:35 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında Kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinin birinci təsnifat yarışları keçirilir
"AGF Junior Trophy" beynəlxalq turnirinin ilk gününün ən yaxşı anları (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında Kişi idman gimnastikası üzrə "AGF Junior Trophy" beynəlxalq turnirinin birinci təsnifat yarışları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Yarışda həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.

Trend İnformasiya Agentliyi oxuculara Kişi idman gimnastikası üzrə "AGF Junior Trophy" beynəlxalq turnirinin ilk gününün ən yaxşı anlarını təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti