...

Futbol üzrə İtaliya çempionatı payızda başa çata bilər

İdman Materials 6 Aprel 2020 01:39 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionatı payızda başa çata bilər

Bakı. Trend:

İtaliya Futbol Federasiyasının rəhbəri Daniele Qravina İtaliya çempionatının payızda başa çata biləcəyini bəyan edib.

Trend-in məlumatına görə, İtaliya çempionatı koronavirus pandemiyası səbəbiylə dayandırılıb.

"2019/20 mövsümünün yarışların bitirməliyik. Bu vəziyyəti necə həll edəcəyimizə dair bir çox variant üzərində işləyirik. Hipotetik olaraq, mövsümün oyunların mayın 17-də bərpa etmək olar, amma bir daha vurğulayıram ki, bu yalnız bir fərziyyədir. Çempionat oyunlarının keçirilməsi sentyabr-oktyabr aylarına qədər da mümkündür", - D.Qravina deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti