...

Paraqvay məhkəməsi Ronaldinyonu ev dustaqlığına göndərib

İdman Materials 8 Aprel 2020 06:49 (UTC +04:00)
Paraqvaylı hakim Qustavo Amarilya sabiq braziliyalı futbolçu Ronaldinyonun həbs cəzasından azad edilməsi barədə qərar verib
Paraqvay məhkəməsi Ronaldinyonu ev dustaqlığına göndərib

Bakı. Trend:

Paraqvaylı hakim Qustavo Amarilya sabiq braziliyalı futbolçu Ronaldinyonun həbs cəzasından azad edilməsi barədə qərar verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Ronaldinyo ev dustaqlığına göndərilib.

Bildirilir ki, Ronaldinyo və onun böyük qardaşı və agenti Roberto de Assis Paraqvayın paytaxtının mərkəzində mehmanxanada polislərin nəzarəti altında qalacaqlar.

Qeyd edək ki, Ronaldinyo və onun qardaşı mart ayının əvvəli Asunsyonda saxta pasportlar səbəbilə həbs edilmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti