...

Arturo Vidal "Nyukasl"a keçə bilər

İdman Materials 19 Aprel 2020 03:01 (UTC +04:00)
Arturo Vidal "Nyukasl"a keçə bilər

Bakı. Trend:

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Arturo Vidal İngiltərənin "Nyukasl" klubuna keçə bilər.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, 32 yaşlı çilili futbolçu komandaya məşqçi Massimiliano Alleqrinin gələcəyi təqdirdə bu kluba keçməyə razılaşacaq. Hazırda kluba ingiltərəli Stiv Brüs rəhbərlik edir.

Bildirilir ki, A.Vidalı həmçinin "Mançester Yunayted" və "İnter" klubları da transfer etmək istəyir.

Qeyd edək ki, aprelin 15-i "Nyukasl"ın sahibi multimilyonçu Mayk Eşlinin klubu 377 milyon dollar qarşılığında Səudiyyə Ərəbistanının suveren fonduna satacağı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti