...

“Qarabağ”ın üzvü yenidən xarici klubda oynaya bilər

İdman Materials 13 May 2020 18:45 (UTC +04:00)
“Qarabağ”ın üzvü yenidən xarici klubda oynaya bilər

Bakı. Trend:

“Qarabağ”ın üzvü Araz Abdullayev yenidən legioner həyatı yaşaya bilər.

Trend-in məlumatına görə, Ağdam klubunda icarə əsasında çıxış edən 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunda komandanı tərk edəcək. İdmançının müqavilə ilə məxsus olduğu “Panionios”la sözləşməsi bu ayın sonunda başa çatır.

Hazırda futbolçunun meneceri bir sıra klublarla danışıq aparır.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abdullayev 2018-ci ilin yayından icarə əsasında “Qarabağ”da çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti