...

"Qarabağ" məşqləri bərpa etdi (FOTO)

İdman Materials 1 İyun 2020 20:43 (UTC +04:00)
"Qarabağ" məşqləri bərpa etdi (FOTO)

Bakı. Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən, "Qarabağ" bu gündən məşqləri bərpa edib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.

Xatırladaq ki, "Qarabağ"da futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti