...

"Leypsiq"in futbolçusu Verner "Çelsi"yə transfer edilə bilər

İdman Materials 5 İyun 2020 03:40 (UTC +04:00)
"Leypsiq"in futbolçusu Verner "Çelsi"yə transfer edilə bilər

Bakı. Trend:

"Leypsiq" futbol komandasının hücumçusu Timo Verner "Çelsi" klubuna yaxın zamanda transfer edilə bilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, "Çelsi" 24 yaşlı futbolçuya mövsümünə 24 milyon avro maaş ödəməyə hazırdır. Transfer yay aylarında baş tutmalıdır və ingilis futbol klubu T. Vernere görə 60 milyon avro verəcək.

"La Gazzetta" nəşrinin jurnalisti Nikolo Skira daha əvvəl T.Vernerin "Liverpul" klubuna üstünlük verdiyini bildirib. "Transfermarkt" portalı futbolçunu 64 milyon avroya qiymətləndirir.

Timo Verner 2016-cı ildən "Leypsiq"in tərkibində oynayıb. Bu mövsüm futbolçu 40 matç keçirib, 31 qol vurub və 12 faydalı ötürmə edib. Almaniya millisi üçün T.Verner 11 matçda fərqlənərək 29 oyun keçirib, 2017-ci ildə isə komandanın tərkibində Konfederasiyalar kubokunu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti