...

Qətərdə dünya çempionatına hazıralanan üçüncü stadionun açılışı olub

İdman Materials 16 İyun 2020 07:35 (UTC +04:00)
Qətərdə dünya çempionatına hazıralanan üçüncü stadionun açılışı olub

Bakı. Trend:

2022-ci ilin futbol üzrə dünya kubokunun oyunlarına ev sahibliyi edəcək Qətərin Ər-Rayan şəhərindəki "Education City Stadium" idman arenasının açılış mərasimi olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Gulf Times" nəşri xəbər verir.

Açılış mərasimi koronavirus pandemiyası zamanı stadionun tikintisində iştirak edən işçilərə həsr edilib. "Education City Stadium" dünya çempionatı üçün tikilən üçüncü arenadır. Stadion 45 350 yerlikdir və onun universitet şəhərciyinin mərkəzinə çevriləcəyi gözlənilir.

"Biz bu axşamı koronavirus pandemiyasından əziyyət çəkən və ya onunla mübarizə aparanlara həsr edirik. İşçilərin zəhmətinin bəhrəsi olan bu stadionun açılışı belə çətin bir zamanda dözümlülüyün gözəl bir nümunəsidir", - Beynəlxəlaq futbol federasiyasının prezidenti Canni İnfantino açılışda deyib.

Daha əvvəl Doha və Əl-Vakra şəhərlərində 2022-ci ilin çempionatı üçün tikilən hərəsi 40 min nəfərlik "Xəlifə" və "Əl-Janub" stadionları istismara verilib. Ümumilikdə Dünya Kuboku üçün ölkənin 7 şəhərində 8 stadion tikiləcək.

Futbol üzrə dünya kuboku Qətərdə 2022-ci il noyabrın 21-dən 18-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti