...

“Qarabağ”a çempionluq kubokunun verilməsi planında dəyişiklik olub

İdman Materials 20 İyun 2020 15:26 (UTC +04:00)
“Qarabağ”a çempionluq kubokunun verilməsi planında dəyişiklik olub

Bakı. Trend:

2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubuna çempionluq kuboku və qızıl medalların bu gün "Azersun Arena"da təqdim olunacağını xəbər vermişdik. Tədbirin vaxtında və planında müəyyən dəyişiklik edilib.

Trend-in məlumatına görə, tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da keçiriləcək. Tədbir canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

Medallar və kubok PFL prezidenti Ramin Musayev tərəfindən klub rəhbərliyinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti