...

"İnter" İtaliya çempionatını ikinci yerdə başa vurub

İdman Materials 2 Avqust 2020 03:57 (UTC +04:00)
"İnter" İtaliya çempionatını ikinci yerdə başa vurub

Bakı. Trend:

Futbol üzrə İtaliya A Seriyasının sonuncu - 38-ci turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, sonuncu turun mərkəzi qarşılaşmasında "Atalant"a Milan "İnter"ini qəbul edib.

Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Danilo D'Ambrozio (1-ci dəqiqə) və Eşli Yanq (20-ci dəqiqə) vurublar.

Beləliklə, "İnter" 81 xalla İtaliya A Seriyasını ikinci yerdə, "Atalanta" isə 78 xalla üçüncü yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti