...

"Qarabağ" UEFA Çempionlar Liqasının növbəti təsnifat mərhələsinə yüksəlib

İdman Materials 26 Avqust 2020 22:45 (UTC +04:00)
"Qarabağ" UEFA Çempionlar Liqasının növbəti təsnifat mərhələsinə yüksəlib

"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) Moldova "Şerif"i ilə oyun keçirib.

Trend-in məlumatına görə, Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda rəqibinə 2:1 hesabı ilə qalib gəlib və III təsnifat mərhələsinə keçib.

Hesab 22-ci dəqiqədə Uroş Matiç tərəfindən penalti zərbəsi ilə açılıb. İkinci yarının 63-cü dəqiqəsində Mahir Emreli 2-ci topu Tiraspol təmsilçisinin qapısından keçirib. 78-ci dəqiqədə meydana sonradan daxil olan kolumbiyalı hücumçu Frank Kastanyedo qollardan birinin əvəzini çıxıb.

Beləliklə, "Qarabağ" ÇL-in III təsnifat mərhələsinə yüksəlib. "Şerif" mübarizəni Avropa Liqasında davam etdirəcək.

Xatırladaq ki, "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə qalib gəlib. Azərbaycan komandasının ÇL-in III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də atılacaq püşk nəticəsində müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti