...

"Qarabağ" daha bir futbolçu transfer edib

İdman Materials 29 Avqust 2020 15:01 (UTC +04:00)
"Qarabağ" daha bir futbolçu transfer edib

Bakı. Trend:

"Qarabağ" yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi uzun müddət davam edən danışıqlar nəticəsində Bolqarıstanın "Çeno More" klubunda forma geyinən Patrik Andradeni transfer edib. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi heyətinə cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti