...

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

İdman Materials 31 Avqust 2020 14:48 (UTC +04:00)
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində 2020-2021-ci il UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatmaya əsasən, Azərbaycan çempionu "Qarabağ"ın rəqibi Norveçin "Molde" klubu olub.

Bir görüşdən ibarət olan mərhələdə "Qarabağ" matçını doğma meydanda keçirəcək.

Üçüncü təsnifat mərhələsinin matçları sentyabrın 15-16-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti