...

Ulduz tennisçi topu hakimə vurduğu üçün turnirdən kənarlaşdırılıb

İdman Materials 7 Sentyabr 2020 10:33 (UTC +04:00)
Ulduz tennisçi topu hakimə vurduğu üçün turnirdən kənarlaşdırılıb

Bakı. Trend:

Dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviç matç zamanı topu yan hakimə vurduğu üçün “US Open” turnirindən kənarlaşdırılıb.

Trend-in məlumatına görə, birinci setin sonlarında serbiyalı ulduz oyunu alnmadığı üçün əlindəki topu kənara vurub. Nəticədə top hakimin boğazına dəyib.

N.Cokoviç bu addımı qəsdən etmədiyini desə də, turnirin təşkilatçıları idmançını diskvalifikasiya etmək qərarına gəlib.

Onun turnirdə qazandığı reytinq xalları silinib, rəqibi Pablo Karrenyo-Busta dörddəbir finala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti