...

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə heç-heçə edib

İdman Materials 13 Dekabr 2020 23:34 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə heç-heçə edib

Bakı. Trend:

"Liverpul" futbol klubu İngiltərə Premyer Liqasının 12-ci turunun matçında "Fulhem" ilə səfərdə heç-heçə edib.

Trend-in məlumatına görə, dekabrın 13-də keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Oyunun birinci yarısında qaliblərin heyətində qolu Bobbi Rid vurub. Matçın sonunda Məhəmməd Salah penaltı zərbəsini dəqiq yetirərək hesabı bərabərləşdirib.

"Fulhem" komandası səkkiz xalla 17-ci yerdədir. "Liverpul"un 25 xalı var, "qırmızılar" ikinci yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti