...

İngiltərə Kuboku: "Aston Villa" "Liverpul"a məğlub oldu

İdman Materials 9 Yanvar 2021 02:48 (UTC +04:00)
İngiltərə Kuboku: "Aston Villa" "Liverpul"a məğlub oldu

Bakı. Trend:

İngilətərə Kuboku oyunları çərçivəsində "Liverpul" səfərdə "Aston Villa"nı 4:1 hesabı ilə məğlub etdi.

Trend xəbər verir ki, qalib tərəfdən qolları Sadio Mane (4, 63-cü dəqiqələr), Corcinyo Veynaldum (60) və Muhammed Salah (65), "Aston Villa"dan isə Lui Barri (41) vurublar. "Liverpul"un 1/16 finaldakı rəqibi püşq atmadan sonra müəyyənləşəcək.

İngiltərə Kuboku ən qədim futbol turniri sayılır və1871-ci ildən keçirilir. Turnirin ən titullu klubu Londonun "Arsenal"ıdır (14), "Liverpul" və "Aston Villa" komandaları isə kuboku hər biri yeddi dəfə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti