...

Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı

İdman Materials 19 Yanvar 2021 16:42 (UTC +04:00)
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı

Bakı. Trend:

"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov vəzifəsindən ayrılıb.

Trend-in məlumatına görə, bu barədə Nurlan İbrahimov özü məlumat verib.

N.İbrahimov 15 ildir çalışdığı klubdan ayrıldığını bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Nurlan İbrahimov "Facebook"da ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük kənarlaşdırılıb. Həmçinin, "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti