...

"Barselona" klubu "Qranada"nı 5:3 hesabı ilə məğlub edərək İspaniya Kubokunun yarımfinalına yüksəldi

İdman Materials 4 Fevral 2021 06:11 (UTC +04:00)
"Barselona" klubu "Qranada"nı 5:3 hesabı ilə məğlub edərək İspaniya Kubokunun yarımfinalına yüksəldi

Bakı. Trend:

"Barselona" komandasının futbolçuları İspaniya Kubokunun 1/4 finalında "Qranada"nı məğlub etdi.

Trend-in məlumatına görə, Qranadada keçirilən görüş 5:3 hesabı ilə başa çatıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdı, “Barselona” əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qurtula bildi.

"Qranada"da qolları Kenedi (33-cü dəqiqə) və Roberto Soldado (47), qonaqlar tərəfindən Antuan Qrizman (88) və Jordi Alba (90 + 2) fərqləniblər. 100-cü dəqiqədə A.Qrizman "Barselona"nı önə keçirib, üç dəqiqə sonra Fede penaltini yerinə yetirərək hesabı bərabərləşdirdi.

İkinci əlavə vaxtda qolları Frenki de Yonq (108) və oyunda dübl edən Alba (113) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti