...

Amerikalı Kamaru Usman UFC çempionu titulunu qoruyub

İdman Materials 14 Fevral 2021 10:38 (UTC +04:00)
Amerikalı Kamaru Usman UFC çempionu titulunu qoruyub

Bakı. Trend:

Qarışıq döyüş növü üzrə Amerikalı idmançı Kamaru Usman braziliyalı Qilbert Börnsu məğlub edərək UFC turnirində orta ağır çəki üzrə çempion titulunu qoruyub.

Trend-in məlumatına görə, döyüş Las Vegasda (Nevada ştatı) UFC 258 turnirində baş tutub.

K.Usman üçüncü raundda texniki nokaut ilə qalib gəlib. Beləliklə, 33 yaşlı amerikalı idmançı çempionluq kəmərini üçüncü dəfə qorudu.

34 yaşlı Q.Börns altı döyüşdən ibarət qalibiyyət seriyasına son qoyub. Onun hesabında 19 qələbə və dörd məğlubiyyət var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti