...

"Mançester Yunayted"in azarkeşləri ABŞ bayrağını yandırıblar

İdman Materials 25 Aprel 2021 08:29 (UTC +04:00)
"Mançester Yunayted"in azarkeşləri ABŞ bayrağını yandırıblar

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" futbol klubunun azarkeşləri komandanın sahibləri amerikalı iş adamları Coel və Avram Qleyzersin Super Liqaya qoşulma barədə qərarına etiraz olaraq aksiya keçiriblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, etiraz aksiyası "Mançester Yunayted"in meydanı "Old Trafford"un qarşısında keçirilib.

Məlumata əsasaən, azarkeşlər aksiya zamanı klub rəhbərliyinin qərarına etiraz olaraq ABŞ bayrağını yandırıblar. Həmçinin etirazçılar Qleyzerlər ailəsindən klubdakı hissələri satmağı tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti