...

Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları çox gözəl təşkil olunub - İndoneziyalı gimnast

İdman Materials 22 May 2021 16:03 (UTC +04:00)
Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları çox gözəl təşkil olunub - İndoneziyalı gimnast

Bakı. Cani Babayeva - Trend:

Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları çox gözəl təşkil olunub.

Bunu Trend-ə İndoneziya gimnastı Kaleb Vinsu Kristian deyib.

O bildirib ki, təşkilat komitəsi yarışları yüksək səviyyədə hazırlayıb: "Bakıda hər şey çox gözəldir, Milli Gimnastika Arenasında möhtəşəm ab-hava var".

Gimnast ilk dəfə Bakıya gəldiyini vurğulayıb: "Bakıya ilk dəfə gəlmişəm və həyəcanlıyam. Əsas tapşırığım yarışlarda layiqincə iştirak etməkdir".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti