...

KİV: Formula 1 üzrə Avstraliya Qran Prisi koronavirus səbəbindən ləğv ediləcək

İdman Materials 6 İyul 2021 08:31 (UTC +04:00)
KİV: Formula 1 üzrə Avstraliya Qran Prisi koronavirus səbəbindən ləğv ediləcək

Bakı. Trend:

Formula 1 üzrə Avstraliya Qran Prisi 2021-ci il mövsümündə koronavirus pandemiyası səbəbindən ləğv ediləcək.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" mənbəsinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, yarışın təşkilatçıları Avstraliya hökumətinin ölkəyə gələn şəxslər üçün 14 günlük məcburi karantin tələbi səbəbindən problemlərlə qarşılaşıblar.

Qeyd edək ki, Formula 1 üzrə Avstraliya Qran Prisi 19-21 noyabr tarixlərində keçirilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti