...

Tokio 2020: Bədii gimnastika üzrə qrup hərəkətlərdə yarışlar başlayıb

İdman Materials 7 Avqust 2021 06:05 (UTC +04:00)
Tokio 2020: Bədii gimnastika üzrə qrup hərəkətlərdə yarışlar başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışların qrup hərəkətlərdə proqramı başlayıb.

Trend-in məlumatına görə, bu gün komandalar təsnifat mərhələsində iştirak edir.

Azərbaycanı qrup hərəkətlərdə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokina təmsil edir.

Onlar əvvəlcə 5 topla hərəkətlərdə, daha sonra 3 halqa və iki cüt gürzlə hərəkətlərdə çıxış edəcək.

Təsnifat mərhələsində ilk 8 yeri tutan komnandalar final mərhələsinə yüksələcək.

Qeyd edək ki, Azərbaycanı fərdi proqramda təmsil edən Zöhrə Ağamirova ötən gün 87.800 xalla 18-ci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti