...

Sevinirəm ki, gənc yaşımda Olimpiya çempionu oldum - Azərbaycanlı paracüdoçu

İdman Materials 27 Avqust 2021 12:36 (UTC +04:00)

Bakı. Humay Ağacanova -Trend:

Sevinirəm ki, gənc yaşımda Olimpiya çempionu oldum və nəhayət, Tokioda Azərbaycanın himni səslənəcək.

Trend-in məlumatına görə, bu sözləri Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə qadınlar arasında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva bildirib.

Bu qələbəsini müəlliminə, valieyndlərinə, şəhidlərimizə həsr etdiyini vurğulayan Ş.Hacıyeva komanda yoldaşlarından növbəti qalibiyyətləri gözlədiyini deyib.

Qeyd edək ki, bu gün Ş.Hacıyeva ilə yanaşı arbaycanlı paracüdoçu Vüqar Şirinli və üzgüçü Raman Saleh də qızıl medal qazanıblar.

Xatırladaq ki, bundan əvvəl azərbaycanlı pauerliftinqçi Pərvin Məmmədov bürünc medal qazanmışdı.

Xəbər lenti

Xəbər lenti