...

“Vüqar Həşimov” komandası Avropa kubokunun 5-ci turunu qələbə ilə bitirib

İdman Materials 22 Sentyabr 2021 22:39 (UTC +04:00)

Bakı. Trend:

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilib.

Trend xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” komandası üzərində inamlı qələbə qazanıb. Belə ki, şahmatçılarımızdan 5-i (Rauf Məmmədov, Kiril Şevçenko, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Murad İbrahimli) qarşılaşmasını qələbə ilə başa vurub, yalnız 1 heç-heçə (Aydın Süleymanlı) qeydə alınıb.

Kişilərin yarışında 38 komanda mübarizə aparır.

Qeyd edək ki, turnir çərçivəsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Məmmədyarov yerli "Alkaloid", Karlsen "Offerspill" komandasının heyətində yer alıb. Birinci lövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Bununla belə, "Alkaloid" 5,5:0,5 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti