...

Sürixdə 2021-ci ilin ən yaxşı futbolçuları mükafatlandırılacaq

İdman Materials 9 Noyabr 2021 23:02 (UTC +04:00)
Sürixdə 2021-ci ilin ən yaxşı futbolçuları mükafatlandırılacaq

Bakı. Trend:

2021-ci ilin ən yaxşı futbolçularının mükafatlandırma mərasimi virtual rejimdə yanvarın 17-də Sürixdəki Futbol Evində keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti bildirib.

Qeyd olunub ki, tədbirin virtual formatı koronavirus pandemiyası dövründə təhlükəsizlik baxımından seçilib.

Dünyanın bütün milli komandalarının kapitanları və baş məşqçiləri, eləcə də azarkeşlər və 300-dən çox KİV nümayəndəsinin iştirak edəcəyi səsvermə noyabrın 22-dən dekabrın 10-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti