...

İtaliya yığması DÇ-2022-nin final mərhələsinə birbaşa vəsiqə qazana bilməyib

İdman Materials 16 Noyabr 2021 02:05 (UTC +04:00)
İtaliya yığması DÇ-2022-nin final mərhələsinə birbaşa vəsiqə qazana bilməyib

Bakı. Trend:

İtaliya yığması 2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin sonuncu turunda səfərdə Şimali İrlandiya komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, Belfastda keçirilən qarşılaşma 0:0 hesablı heç-heçə ilə bitib.

Beləliklə, C qruöunda cəmi 16 xal toplayan İtaliya yığması qrupda ikinci yeri tutub və final mərhələsinə birbaşa vəsiqə qazana bilməyib. Qrupda 18 xalla birinci yeri İsveçrə komandası tutub və final mərhələsinə vəsiqə qazanıb.

İtaliya Dç-2022-nin final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off mərəhləsində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti