...

Bakıda dünya yaş qrupları üzrə yarış: Rusiya gimnastı batutla tullanmada qızıl medal qazanıb

İdman Materials 26 Noyabr 2021 19:19 (UTC +04:00)
Bakıda dünya yaş qrupları üzrə yarış: Rusiya gimnastı batutla tullanmada qızıl medal qazanıb

Bakı. Trend:

Rusiyalı gimnast Anjela Bladtseva 28-ci Dünya Yaş Qrupu üzrə keçirilən batut və tamblinq yarışlarında 15-16 yaş qrupu üzrə qadınlar arasında fərdi batutla tullanma proqramında qızıl medal qazanıb.

Trend xəbər verir ki, gümüş medalı Yaponiya idmançısı Kokone Harima (52,505 xal), bürünc medalı yaponiyalı gimnast Kiko Tanaka (52,315 xal) qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti