Bakı. Trend:
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının final günündə 15-16 yaş qrupunda kişilər arasında ikili mini-batutla tullanma proqramında finalçılar müəyyənləşib.
Trend-in məlumatına görə, finala Marşal Frost (Böyük Britaniya, 71,900 bal), Rayan Makkanan (ABŞ, 70,200 bal), Brent Deklerk (Belçika, 70,100 bal), Omo Aykeremiokha (Böyük Britaniya, 69,800 bal), Aleksandr Koul (ABŞ, 69.500 xal), İvan Pavlişev (Rusiya, 69,300 xal), Eqor Suxorebrov (Rusiya, 69,200 xal), İvan Larson (ABŞ, 69,000 xal) çıxıblar.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.