...

Batut gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında fərdi proqramda finalçılar müəyyənləşib

İdman Materials 12 Fevral 2022 18:30 (UTC +04:00)
Batut gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında fərdi proqramda finalçılar müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışları çərçivəsində qadınlar arasında fərdi proqramda finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Yana Lebedeva (Rusiya, 54, 660 xal), Violetta Bardilovskaya (Belarus, 54,590 xal), İrina Kundius (Rusiya, 53,960 xal), Selcan Maqsudova (Azərbaycan, 53,100 xal), Katerina Yerşova (Belarus, 52,320 xal) Corciya Campyeri (İtaliya, 51,550 xal), Lina Syoberq (İsveç, 50,380 xal) və Maya Amano (ABŞ, 50,320 xal) çıxıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti