...

Azərbaycan gimnastları Milana Əliyeva və Nizam Xamidulin təsnifatda ikinci keçid yerində qərarlaşıb (FOTO)

İdman Materials 4 Mart 2022 11:47 (UTC +04:00)
Azərbaycan gimnastları Milana Əliyeva və Nizam Xamidulin təsnifatda ikinci keçid yerində qərarlaşıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları çərçivəsində 12-18 yaş kateqoriyasında Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlük balans hərəkətlərini nümayiş etdirib.

Trend-in məlumatına görə, cütlük 27,100 xal yığıb.

Onlar ötən gün balans hərəkətlərində 27,000 xal yığmışdı. İki hərəkətin cəmində 54.100 xal yığan cütlük ikinci keçid yerində qərarlaşıb.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti