...

Akrobatika gimnastikası üzrə Dünya çempionatında finalçılar müəyyənləşib

İdman Materials 10 Mart 2022 13:37 (UTC +04:00)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatının təsnifat mərhələsində kişi cütlüklərdə temp, qadın cütlüklərdə balans hərəkətlərində finalçılar məlum olub.

Trend-in məlumatına görə, kişi cütlüklərdə temp hərəkətlər üzrə finala Brayden MakDuqall və Anxel Feliks (ABŞ, 28,080 xal), Vadim Şulyar və Daniel Dil (Qazaxıstan, 27,680 xal), Albrext Kretsşmar və Tobias Vitera (Almaniya, 26,980 xal), Fabio Beko və Bruno Ramalyo (Portuqaliya, 26,980 xal), Daniel Abbasov və Murad Rəfiyev (Azərbaycan, 26,600 xal), Xose Moreno və Xuan Daniel Molina (İspaniya, 25,560 xal) vəsiqə qazanıb.

Qadın cütlüklərdə balans hərəkətlər üzrə finala Rita Ferreyra və Ana Teyşeyra (Portuqaliya, 28,750 xal), Amani Eqbov və Zoi Nok (Böyük Britaniya, 26,950 xal), Aleksandra Rudakova və Damira Talqat (Qazaxıstan, 26,800 xal), Darina Bernat və Noemi Stattner (Macarıstan, 26,660 xal), Ketrin Borçerdinq və Syerra MakKaun (ABŞ, 26,400 xal), Kamila Bruskeviç və Zofiya Kaminska (Polşa, 25,890 xal) vəsiqə qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti