Bakı. Trend:
Belçikadan olan qadınlardan ibarət qrup Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatında birinci yeri qazanıb.
Trend -in məlumatına görə, Belçikanı təmsil edən qadınlar qrupu Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında 29,820 balla birləşmiş hərəkət proqramında birinci yeri tutub.
İkinci yerdə Portuqaliyanı təmsil edən qadınlar qrupu (28,780 xal), üçüncü yeri ABŞ təmsilçiləri (28,140 xal) tutublar.