...

Azərbaycanda bizi hər zaman mehribanlıqla qarşılayırlar - Qazaxıstanlı qızıl medalçılar

İdman Materials 13 Mart 2022 22:04 (UTC +04:00)
Azərbaycanda bizi hər zaman mehribanlıqla qarşılayırlar - Qazaxıstanlı qızıl medalçılar

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanda bizi həmişə mehribanlıqla və qonaqpərvər qarşılayırlar.

Bunu Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci Dünya Çempionatının kişi cütlüyü tərkibində qızıl medalçıları Vadim Şulyar və Daniel Dil deyiblər.

Xatırladaq ki, onlar balans hərəkətləri proqramında qızıl medal, temp və kombinə hərəkətlərdə gümüş medal qazanıblar.

"Çempionatdan təəssüratlar unudulmazdır, emosiyalar çoxdur, xüsusən də qızıl medal qazandıqdan sonra. Biz inadla bu mükafata doğru getdik - məşq etdik, hazırlaşdıq və indi bu gözəl nəticəyə nail olduq. Bütün iştirakçılar layiqli rəqibdirlər, ona görə də rəqabət güclü idi", - deyə idmançılar bildirib.

Gimnastlar bildiriblər ki, Bakıda böyük beynəlxalq yarışların təşkili həmişə yüksək səviyyədə baş tutur.

"Biz Bakıya birinci dəfə deyil ki gəlirik, burada Dünya Kubokunda iştirak etmişik. Bakıda təşkil olunan yarışlardan həmişə çoxlu müsbət təəssüratlar olur", - deyə gimnastlar əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti