...

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında çoxnövçülük yarışlarında gənclər yaş qrupunda ilkin nəticələr açıqlanıb

İdman Materials 16 Mart 2022 16:08 (UTC +04:00)
Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında çoxnövçülük yarışlarında gənclər yaş qrupunda ilkin nəticələr açıqlanıb

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında çoxnövçülük yarışlarında gənclər yaş qrupunda ilkin nəticələr açıqlanıb.

Trend-in məlumatına görə, dörd hərəkətin cəmində Nərminə Bayramova 86,900 xal, Dəniz Əsgərova 80,950 xal və Nuray Əhmədzadə 80,400 xal qazanıb.

N.Bayramova və D.Əsgərova "Ocaq Sport", N.Əhmədzadə Bakı Gimnastika Məktəbini təmsil edir.

Martın 16-da Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı start götürüb.

Çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparrı.

Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.

Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışacaq.

Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti