...

Bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 17 Mart 2022 15:46 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında gənclər yaş qrupunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, qaliblər halqa, top, gürzlər və lentlə hərəkətlərdə müəyyənləşib.

Halqa ilə hərəkətlərdə Mədinə Dəmirova qızıl, Gövhər İbrahimova gümüş, Fəxriyyə Əliyeva bürünc medal qazanıb.

Topla hərəkətlərdə Mədinə Dəmirova qızıl, Gövhər İbrahimova gümüş, Ləman Əhmədli bürünc medala sahib olub.

Gürzlərlə hərəkətlərdə Gövhər İbrahimova qızıl, Mədinə Dəmirova gümüş, Məryəm Əliyeva bürünc medal qazanıb.

Lentlə hərəkətlərdə Mədinə Dəmirova qızıl, Ləman Əhmədli gümüş, Gövhər İbrahimova bürünc medal qazanıb.

Qeyd edək ki, Mədinə Dəmirova, Gövhər İbrahimova və Məryəm Əliyeva "Ocaq Sport" klubunu, Fəxriyyə Əliyeva Bakı Gimnastika Məktəbini, Ləman Əhmədli Respublika Kompleks İdman Məktəbini təmsi edir.

(Tərcümə: Cani Babayeva. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti