...

Bədii gimnastika üzrə Azərbaycan çempionatının böyüklər yaş qrupunda qaliblər mükafatlandırılıb (FOTO)

İdman Materials 17 Mart 2022 18:06 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan çempionatının böyüklər yaş qrupunda qaliblər mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında böyüklər yaş qrupunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, qaliblər halqa, top, gürzlər və lentlə hərəkətlərdə müəyyənləşib.

Halqa ilə hərəkətlərdə Arzu Cəlilova (32,650 xal) qızıl, Zöhrə Ağamirova (31,300 xal) gümüş, İlona Zeynalova (26,100 xal) bürünc medal qazanıb.

Topla hərəkətlərdə Zöhrə Ağamirova (34,000 xal) qızıl, Arzu Cəlilova (30,850 xal) gümüş, İlona Zeynalova (29,750 xal) bürünc medala sahib olub.

Gürzlərlə hərəkətlərdə Alina Gözəlova (28,100 xal) qızıl, Zöhrə Ağamirova (27,500 xal) gümüş, Arzu Cəlilova (26,700 xal) bürünc medal qazanıb.

Lentlə hərəkətlərdə Zöhrə Ağamirova (32,300 xal) qızıl, Arzu Cəlilova (29,000 xal) gümüş, Kamilla Əliyeva (25,050 xal) bürünc medal qazanıb.

Qeyd edək ki, bütün idmançılar "Ocaq Sport" klubunu təmsil edir.

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı martın 16-17-də keçirilib.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti