...

İki boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb

İdman Materials 21 Mart 2022 01:25 (UTC +04:00)
İki boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan komandasının iki üzvü finala yüksəlib.

Trend-in məlumatına görə, finala gedən yolda boksçumuz Nicat Hüseynov (51 kq) türkiyəli Mehmethan Çinarı, Ruslan Qədirov (54 kq) Ukrayna təmsilçisi Elmir Nəbiyevi mübarizədən kənarlaşdıraraq həlledici mərhələyə vəsiqə qazanıblar.

Yığmamızın digər üzvləri Nəbi İsgəndərov (67 kq) və Cəlal Qurbanov (63,5 kq) isə yarımfinalda uduzduqlarından turniri bürünc medalla başa vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti