...

İdman gimnastikası üzrə Azərbaycan birinciliyinə ciddi hazırlaşmışdım - Yarışın qalibi

İdman Materials 26 Mart 2022 17:24 (UTC +04:00)
İdman gimnastikası üzrə Azərbaycan birinciliyinə ciddi hazırlaşmışdım - Yarışın qalibi

Bakı. Cani Babayeva - Trend:

Kişi idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına ciddi hazırlaşmışdım, ona görə də “qızıl” qazana bildim.

Bu barədə Trend-ə yarışın qızıl medalçısı, "Ocaq Sport" klubunun yetirməsi Mahir Səlimov deyib.

Xatırladaq ki, M.Səlimov “uşaqlar” yaş kateqoriyasında birinci yeri tutub.

"Təxminən altı ildir ki, gimnastika ilə məşğulam və bu mənim ilk yarışım deyil. Etiraf edirəm ki, əvvəllər turnirlərə o qədər də ciddi yanaşmırdım, amma indi bütün diqqətimi proqramıma cəmləyirəm", - idmançı deyib.

Gimnast qeyd edib ki, gələcəkdə böyük beynəlxalq yarışlarda iştirak etmək istəyir.

"Bilirəm ki, dünya kuboklarında, Avropa və dünya çempionatlarında iştirak etmək üçün öz üzərində çox çalışmalı, yaxşı formada olmaq üçün mümkün qədər çox vaxt sərf etməlisən. Məşqə böyük məmnuniyyətlə gedirəm, ona görə də ümid edirəm ki, gələcəkdə gimnastikada böyük uğurlar qazanacağam”, - deyə M.Səlimov bildirib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayıblar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti