...

Dünya Kubokunda maksimum nəticə göstərməyə çalışacağıq - qadın gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi

İdman Materials 26 Mart 2022 18:18 (UTC +04:00)
Dünya Kubokunda maksimum nəticə göstərməyə çalışacağıq - qadın gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycanın qadınlardan ibarət yığmasının üzvləri maksimum nəticə göstərməyə çalışacaqlar.

Bu barədə Trend-ə qadın idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Olqa Barkalava deyib.

"Samirə Qəhrəmanova və Milana Minakovskayanın Bakıda keçiriləcək dünya çempionatında çıxış edəcəkləri proqramı bir az çətinləşdirəcəyik. İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı idmançıların imkanlarını qiymətləndirməyə imkan verib. Milana Minakovskaya üçün tirlər üzərində hərətləri, Samirə Qəhrəmanova üçün isə dayaqlı tullanma üzrə hərəkətləri çətinləşdirəcəyik. Dünya çempionatına sıx qrafiklə hazırlaşırıq, gündə iki məşq keçiririk. Maksimum nəticə göstərməyə çalışacağıq", - deyə baş məşqçi qeyd edib.

O.Barkalava vurğulayıb ki, hazırda Azərbaycan gimnastlarının əsas vəzifəsi dünya çempionatına şeçmə mərhələsini keçməkdir:

"Dünya kuboklarının mərhələləri çempionata seçmə mərhələlərdir. Samirə Qəhrəmanovaya bir mərhələ qalıb ki, orada lisenziya qazanması üçün ən yüksək nəticə göstərən ilk 12 idmançı arasında yer alması lazımdır. Milana Minakovskayanın bir az daha çox keçməsi qalıb. Amma onun seçmə mərhələsini keçməsi üçün hələ də Avropa çempionatında şansı var".

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışları keçiriləcək. Qeydiyyat siyahısına əsasən, Dünya Kubokunda 35 ölkədən 151 gimnast iştirak edəcək.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti