Bakı. Trend
Türkiyənin "Göztəpə" futbol klubunun İdarə Heyətinin sədr müavini Tələt Papatya klubu rusiyalı iş adamı Roman Abramoviç tərəfindən alması ilə bağlı yayılan məlumatları təkzib edib.
Trend-in məlumatına görə, bu barədə "D-Smart Spor" telekanalı T.Papatyanın sözlərinə istinadən bildirib.
"Klub Abramoviçə satılmayıb", - deyə qeyd olunub.
Daha əvvəl "Çelsi"nin sahibi R.Abramoviçin türk klubunu almaq üçün razılığa gəldiyi bildirilib.