...

FIG Dünya Kuboku: İtaliya təmsilçisi halqa ilə hərəkətlərdə birinci yeri tutub

İdman Materials 24 Aprel 2022 13:32 (UTC +04:00)
FIG Dünya Kuboku: İtaliya təmsilçisi halqa ilə hərəkətlərdə birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda halqa ilə hərəkətlərdə birinci yeri İtaliya təmsilçisi Sofiya Raffaelli tutub.

Trend-in məlumatına görə, idmançı 34.900 xal toplayıb.

Boryana Kalein (Bolqarıstan, 31,450 xal) ikinci, Adi Asya Katz (İsrail, 30,350 xal) üçüncü pillədə qərarlaşıb.

Arzu Cəlilova 29.800 xalla dördüncü, Zöhrə Ağamirova isə 29.350 xalla altıncı yeri tutub.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur: Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının "gümüş" medalını qazanıb.

Xəbər lenti

Xəbər lenti