...

Sumqayıt stadionu ilin sonunadək hazır olacaq - Direktor

İdman Materials 25 Aprel 2022 12:41 (UTC +04:00)
Sumqayıt stadionu ilin sonunadək hazır olacaq  - Direktor
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində yeni stadionun tikintisi bu ilin sonuna kimi yekunlaşa bilər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yerində tikilən idman arenasında işlər davam etdirilir.

Bunu Trend-ə Sumqayıt stadionunun direktoru Nadir Quliyev deyib.

Onun sözlərinə görə, bir müddət idi ki, stadionda işlər dayanmışdı.

"İşlərə yenidən başlamışıq. Stadionun tikintisinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub. Şəhərin əsas stadionu beynəlxalq standartlara uyğun inşa edilir. Əvvəl stadionun azarkeş tutumu 16 min idi. Yeni stadionda isə bu rəqəm 10 min olacaq. Bunun da səbəbi odur ki, əvvəllər oturacaqlar taxtadan idi, təzə stadionda isə beynəlxalq standarlara uyğun kreslolar quraşdırılacaq", - deyə N.Quliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti