...

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Brentford"u darmadağın etdi

İdman Materials 3 May 2022 03:31 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Brentford"u darmadağın etdi

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində "Mançester Yunayted" doğma meydanda "Brentford"u qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oynda qolları Brunu Fernandeş, Kriştianu Ronaldu və Rafael Varan vurublar.

Bu, K.Ronaldunun bu mövsüm Premyer Liqada vurduğu 18-ci qoludur. "Brentford" 37 yaşlı hücumçunun qol vurduğu 168-ci komanda olub.

Bu matçdan sonra "qırmızı şeytanlar" 58 xalla turnir cədvəlində altıncı yerdə qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti