...

Çempionlar Liqasının final oyunu üçün kağız biletlərin 70 faizi saxta olub

İdman Materials 31 May 2022 02:35 (UTC +04:00)
Çempionlar Liqasının final oyunu üçün kağız biletlərin 70 faizi saxta olub

Bakı. Trend:

Parisdəki "Stade de Frans" stadionunda "Liverpul" və "Real Madrid" klubları arasında keçirilən Çempionlar Liqasının final oyununa (0:1) satılan kağız biletlərin təxminən 70 faizi saxta olub.

Trend-in məlumatına görə, bu barədə Fransa Daxili İşlər naziri Jerald Darmanen bildirib.

Xatırladaq ki, tamaşaçıların “Stad de Frans” stadionuna gedə bilməməsi səbəbindən oyunun başlaması bir neçə dəfə təxirə salınıb. Oyun 36 dəqiqə gecikmə ilə başlayıb. Polis stadiona girməyə cəhd edən "Liverpul" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti