Bakı. Trend:
UEFA Millətlət Liqasında növbəti turun oyunları baş tutub.
Trend xəbər verir ki, A liqasının 2-ci qrupunda yer alan Portuqaliya yığması İsveçrənin qonağı olub.
Oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 1-ci dəqiqədə Xaris Seferoviç vurub.
Qeyd edək ki, Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş ötən gün keçirdiyi mətbuat konfransında millinin hücumçusu Kriştiano Ronaldonun meydana çıxmayacağını bildirmişdir.