...

"Qəbələ” futbol klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

İdman Materials 28 İyul 2022 21:59 (UTC +04:00)
"Qəbələ” futbol klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

Bakı. Trend:

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Fehervar” oyunu başa çatıb.

Trend-in məlumatına görə, Qəbələ şəhər stadionunda keçən oyun 2:1 hesabı ilə yekunlaşıb. “Qəbələ”nin heyətində oyunun 34-cü dəqiqəsində Rövlan Muradov fərqlənib. Matçın 44-cü dəqiqəsində isə “Fehervar”ın oyunçusu Budu Zivzivadze hesabı bərabərləşdirib. Qarşılaşmanın 73-cü dəqiqədə Felipe Santos qərqlənib.

Buna baxmayaraq, Macarıstanda oynanılan ilk matçda "Fehervar" 4:1 hesabı ilə qələbə qazandığı üçün "Qələbə" klubu UEFA Konfrans Liqasında öz mübarizəni dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti