...

Əfsanəvi basketbolçu Maykl Jorndanın forması 10 milyon dollara satılıb

İdman Materials 16 Sentyabr 2022 02:59 (UTC +04:00)
Əfsanəvi basketbolçu Maykl Jorndanın forması 10 milyon dollara satılıb

Bakı. Trend:

Əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın forması Sotheby's hərracında 10,091 milyon dollara satılıb.

Trend-in məlumatına görə, həmin formada o 1998-ci ildə Çikaqoda "Yuta" komandasına qarşı Milli Basketbol Assosiasiyasının (NBA) finalında oynayıb.

Qeyd edək ki, bir il əvvəl M.Jordanın 1984-cü ildə NBA-da debüt etdiyi krossovkaları hərracda satılıb. Krossovkalar üçün o zaman 1,472 milyon dollar ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti